- SistemNick
- 16 Dekabr 2025 12:16
Avropa Parlamenti Macarıstanın Aİ Şurasındakı səsvermə hüququndan məhrum edilməsini tələb edən qətnaməni qəbul edib.
Avropa Parlamentinin saytında yayılan məlumata görə, Aİ-nin 7-ci maddəsi üzrə proseduru dəstəkləyən hesabat 415 deputat tərəfindən təsdiqlənib, 193 nəfər “əleyhinə” səs verib, 28 nəfər isə bitərəf qalıb.
Sənəddə qeyd olunur ki, Avropa Parlamenti Macarıstanın qərarların qəbulunda – xüsusilə Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyalarla bağlı məsələlərdə – tez-tez veto hüququndan istifadə etməsindən narahatdır.
Qətnamədə Budapeştin siyasəti Aİ dəyərlərinə “təhlükə yaradan amil” kimi qiymətləndirilib.
#Avropaİttifaqı #Macarıstan #AİŞurası
Məlumata 0 Şərh Yazılıb