- SistemNick
- 11 Aprel 2025 14:46
"Bir dəfə mən Əbu Musanın yanına gəldim. O, Ummu (Kulsum bint) Fədl ibn Abbasın¹ evində idi. Bu əsnada mən asqırdım, lakin Əbu Musa mənə: "Yərhəmukallah" demədi. (Ummu Kulsum) asqırdıqda isə Əbu Musa ona: "Yərhəmukillah" dedi.
Mən bunu anama xəbər verdim. Sonra Əbu Musa anamın yanına gəldikdə anam dedi: "Niyə mənim oğlum asqırdıqda ona: "Yarhamukallah" demədin? Ummu Kulsum asqırdıqda isə ona: "Yərhəmukillah" - dedin?"
Əbu Musa dedi: "Mən Peyğəmbərin s.a.v belə dediyini eşitmişəm: "Sizdən biriniz asqırıb, Allaha həmd etsə, ona rəhmət diləyin. Yox, əgər Allaha həmd etməzsə, ona rəhmət diləməyin."
Sənin oğlun asqırıb, Allaha həmd etmədi deyə, mən ona rəhmət diləmədim. Ummu Kulsum isə asqırıb, Allaha həmd etdi, mən də ona rəhmət dilədim." Anam ona dedi: "Əhsən sənə!
Muslim (8/225)
Hərçənd, kitabın bu nüsxəsində "Ummu Fadl ibn Abbas" deyilir, lakin bəzi nüsxələrdə "bint Fadl ibn Abbas" deyilir. Doğru olanı da məhz budur. Bu, İmam Muslimin "Səhih"ində (2992) nəql edilmiş rəvayətdə öz əksini tapmışdır. Bu qadın Əbu Musanın zövcəsi və Fədi ibn Abbasın qızı Ummu Kulsumdur. Qeyd edək ki, Əbu Burda Ummu Kulsumun oğlu yox, Əbu Musanın o biri zövcəsindən - Ummu Abdullah bint Əbu Dumədən olan oğludur.
Məlumata 0 Şərh Yazılıb