- SistemNick
- 20 Mart 2025 08:17
Fatimə , İslam dinini ilk əvvəl qəbul edənlərdən biri, həmçinin, sağlığında ikən Cənnətlə müjdələnmiş on nəfərdən biri, habelə, Cənnətin səbirsizliklə gözlədiyi üç nəfərdən biri və nəhayət, Harun Musaya yaxın olduğu kimi, Muhəmməd peyğəmbərə s.a.v yaxın olmuş Əli ibn Əbu Talib r.a kimi şəxsiyyətin zövcəsidir;
Fatimə, insanlar arasında sözündə, danışığında və oturuşunda Peyğəmbərə ən çox oxşayan kəsdir.
Fatimə, sağlığında ikən Cənnətlə müjdələnmiş səhabələrdəndir, Bu xüsusda, Peyğəmbər s.a.v demişdir: "Fatimə Cənnətdəki qadınların ən hörmətlisi olacaq. Yalnız İmranın qızı Məryəm istisnadır."
(Sunən ən-Nasai)
Fatimə, anası Xədicə bint Xuveylid istisna olmaqla bu ümmətin qadınlarının ən fəzilətlisidir, bir zaman Peyğəmbər s.a.v onu müjdələyib demişdir: "Ey Fatimə! Bu ümmətin qadınlarının ən fəzilətlisi olmağına razı deyilsənmi?"
(Səhih al-Buxari, 6286)
Fatimə, Muhəmməd peyğəmbərin s.a.v ciyərparəsidir. Bu xüsusda, Peyğəmbər s.a.v demişdir: "Fatimə mənim bir paramdır. Ona əziyyət verən hər nə varsa, mənə də əziyyət verir." (Sahih al-Buxari, 4829)
Digər hədisdə Peyğəmbər s.a.c demişdir: "Kim Fatiməni qəzəbləndirərsə, məni qəzəbləndirmiş olar." (Səhih al-Buxari, 3437)
Fatimə, Muhəmməd peyğəmbərin s.a.v ailəsindən ona ilk qovuşan şəxsdir, Bu xüsusda, Peyğəmbər s.a.v demişdir: "Ailəmdən mənə qovuşan ilk kəs sən olacaqsan!"
(Sahih al-Buxari, 3623)
Fatimə Peyğəmbərin s.a.v öz əbası altına aldığı və "Allahım, bunlar mənim əhli beytimdir"- dediyi dörd nəfərdən biridir, Aişə r.a rəvayət edir ki, bir səhər Peyğəmbər s.a.v əynində qara yundan əba ilə evdən bayıra çıxdı. Bu vaxt Əlinin oğlu Həsən, onun ardınca Hüseyn, onun dalınca öz qızı Fatimə, onun dalınca da Əli r.a Peyğəmbərin s.a.v yanına gəldi və Peyğəmbər onları əbasının altına alıb, bu ayəni oxudu: "Ey ev əhli! Allah sizdan günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir."
(Səhih Muslim, 2404)
Həmçinin: Oxuyun.
Məlumata 0 Şərh Yazılıb