- SistemNick
- 04 Yanvar 2026 15:07
AFP agentliyinin məlumatına görə, Honkonq Məhkəməsi fəaliyyəti dayandırılmış müxalif "Apple Daily" qəzetinin təsisçisi Cimmi Layı "xarici qüvvələrlə əlbirlik" və təhrikçilik də daxil olmaqla, Milli Təhlükəsizlik Qanununun maddələri üzrə təqsirli bilib.
Çin Xalq Respublikası və Honkonq rəsmiləri hökmün qanun çərçivəsində verildiyini bildiriblər, lakin hüquq müdafiəçiləri və Qərb ölkələri bu işi siyasi motivli və mətbuat azadlığına zərbə adlandırıblar.
Məlumata 0 Şərh Yazılıb