Bazar 27 Aprel 2025-ci il 19:56
MÜSƏLMANIN ALLAHIN ELÇİSİ MUHƏMMƏDƏ ﷺ OLAN MÜNASİBƏTİNİN ƏXLAQİ ÖLÇÜLƏRİ

MÜSƏLMANIN ALLAHIN ELÇİSİ MUHƏMMƏDƏ ﷺ OLAN MÜNASİBƏTİNİN ƏXLAQİ ÖLÇÜLƏRİ

Allahın Elçisinin ﷺ kəlamını və sünnəsini (hədislərini ) ayrı-ayrı şəxslərin rəylərindən üstün tutmaq.



Allahın Elçisini ﷺ hər şeydən çox sevmək. Hədislərin birində buyurulur: "Sizdən biriniz məni valideynindən, övladından və insanların hamısından çox istəməyincə iman gətirmiş olmaz". (Əl-Buxari) 

Allahın Elçisinə ﷺ çox salavat gətirmək, xüsusilə, cümə günlərində.


Adı çəkilərkən Allahın Elçisinə ﷺ salavat gətirmək təkid olunan əməllərdəndir. Hədislərin birində buyrulur: "Xəsis o şəxsdir ki, yanında adım anılarkən mənə salavat gətirmir".

Allahın Elçisinin ﷺ kəlamını və sünnəsini (hədislərini ) ayrı-ayrı şəxslərin rəylərindən üstün tutmaq.

Allahın Elçisinə ﷺ aid edilən hədislərin səhihliyini (alimlərin, elm tələbələrinin vasitəsilə) araşdırmaq. Hədislərin birində Peyğəmbər ﷺ buyurur: "Kim söyləmədiyim bir şeyi mənim adımdan danışmışsa, artıq Cəhənnəmdəki yerini tutsun." (əl-Buxari) 

Hər kəsin bacardığı qədər Allahın Elçisinin ﷺ sünnəsinə əməl etməsi: (Bax; ət-Təğabun, 16)

Sünnəyə əməl etmək Allahın Elçisindan ﷺ miras qalan ibadət növlərinin, əxlaq çeşidlərinin və qeyri əməllərin tətbiqi ilə həyata keçir.

Allahın Elçisinin ﷺ sünnəsini insanlar arasında gözəl üslubla yaymaq. Hədislərin birində buyrulur: "Məndən eşitdikləriniz bir ayə olsa belə, (insanlar arasında.) yayın". Buxari

Allahın Elçisinin ﷺ sünnəsinin hər hansı bir şəxs tərəfindən ləkələnməkdən qorunması. Qəribə haldır ki, bəzi insanlar nəsəbinə və ya mənsub oldugu qəbiləyə tənə olunarkən bərk qəzəblənirlər, lakin birisi Allahın Elçisi ﷺ və ya onun Uca Allahdan vəhy olan sünnəsi barəsində artıq-əskik danışarkən bunun cavabını vermirlər. Şübhə yoxdur ki, bu, Allah Elçisinə ﷺ olan məhəbbətin zəifliyi ilə bağlıdır.

Allahın Elçisinin ﷺ gətirdiyi qeybi və digər xəbərləri təsdiq etmək.

Haramlardan uzaq durmaq, çünki bu (haramlardan uzaq olma), bizim cənnətə aparan yolumuzdur. Allahın Elçisi ﷺ bildirmişdir: "Ümmətimdən hər kəs Cənnətə daxil olacaq. Yalnız (bundan) imtina edən kimsədən başqa." Səhabələr təəccüblə soruşdular: "Ey, Allahın Rəsulu, kim imtina edəcək?!" Dedi: "Mənə itaət edən kimsə Cənnətə girər, mənə asi olan kimsə isə imtina etmiş olar". Buxari

Peyğəmbər ﷺ barəsində ifrata varmamaq və onu Allaha tay tutmamaq, həmçinin dua etmək, and içmək, nəzir və s. ibadət növlərini ona yönəltməkdən çəkinmək, hansı ki, bunlar bütün digərləri kimi ancaq Allaha aid olan ibadətlərdir. Rəsulunun ﷺ bəşər (insan) olmasını bəyan edərək Uca Allah buyurur; (Bax əl-Kəhf, 110)

İxtilaf olduğu zaman Allah Elçisinin ﷺ sünnəsinə qayıtmaq: (ən-Nisa, 59)


Allah Elçisinin ﷺ əmr və qadağanlarını tam şəkildə qəbul etmək, bunlarda heç bir tərəddüdə yol verməmək. (Bax; əl-Ənfal, 24)

Əgər Allah Elçisinə ﷺ tabe olmaqda dəyərli səhabələrin halına nəzər yetirsən, imanın həqiqətini və Peyğəmbər sevgisinin doğruluğunu görmüş olarsan.

Allah Elçisinin ﷺ, həqiqətən, Uca Allahın yaratdıqları içərisində ən fəzilətli olmasına, onun rəsulların sonuncusu olmasına və ondan sonra rəsul olmayacağına iman gətirmək.

Allah Elçisinin ﷺ sözünü eşidərkən səsi qaldırmamaq. (Bax; əl-Hucurat, 2)

Allah Elçisinin ﷺ qəbrini ziyarət niyyəti ilə uzaq diyardan səfərə çıxmamaq, çünki o, bundan çəkindirib. Hədislərin birində Peyğəmbərimiz ﷺ buyurmuşdur: “Üç məsciddən başqa heç bir yerə (ibadət məqsədi, yəni ziyarət niyyəti ilə) səfər etmək olmaz: Bu Məscidul-Haram, Peyğəmbər məscidi və Məscidul-Aqsadır." əl-Buxari

Allah Elçisinin ﷺ səhabələrini sevmək.

Allah Elçisinin ﷺ sünnəsini incələmək (səhih olub-olmamasını alimlərin köməyi ilə araşdırmaq, necə gəldi qəbul etməmək) və bu sünnəni ona əlavə edilən zəif və uydurma hədislərdən təmizləmək.

Allah Elçisinin ﷺ sünnəsinə sarılanları sevmək.

Bidətçiləri və Allah Elçisinin ﷺ yoluna müxalif olanları sevməmək.

Allah Elçisinin ﷺ Sünnəsinə müxalif olan bütün söz və rəyləri, bunları söyləyənlərin kimliyindən asılı olmayaraq tərk etmək.

Allah Elçisinin ﷺ qəbri yanında ucadan danışmamaq.

Öz dərəcəsindən yüksəyə qaldırmamaqla Allah Elçisinin ﷺ Əhli-beytini sevmək.

images
yazar

SistemNick

Məlumata 0 Şərh Yazılıb

    Məlumata Şərh Yazılmayıb İlk Şərh Yazan Siz Olun
Şərh Yazmaq Üçün Qeydiyyat` dan Keçin və ya Sayta Daxil Olun

Oxşar Məlumatlar