- SistemNick
- 20 Mart 2025 08:17
Adları anılarkən (رضي الله عنهم) deməklə onlar üçün dua edib Allahdan razılıq istəmək, həmçinin başqa xeyirli dualar etmək.
Onların fəzilət əhli və peyğəmbərlərdən sonra insanların ən xeyirliləri olmasına inanmaq. Hədislərin birində Allah Elçisinin ﷺ sözləri ilə sabit olmuşdur. "İnsanların ən xeyirliləri mənim əsrimdə yaşayanlardır". Əl-Buxari
Onlara aid edilən söz və əməlləri diqqətlə araşdırmaq.
Onları sevənləri sevmək.
Onlarla düşmənçilik edənlərə düşmənçilik etmək.
Faydalanmaq və nəsihət götürmək üçün onlar barədə gələn xəbərləri oxuyub bilmək. ( Bax; Yusuf, 111)
Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusuf Surəsi Ayə 111)
İctimaiyyət arasında onların ömür yolunu yaymaq və fəzilətli insan olmalarını təbliğ etmək.
Səhabələrin məsumluğuna (günahsız və xətalardan uzaq olmalarına) etiqad etməmək, əksinə, hər bir insan kimi onların da xətaları olmuşdur. Hədislərin birində buyrulur: "Hər bir Adəm övladı xəta edə bilər (yəni, xətadan xali deyil.)" Əl-Buxari
Xətaları olsa da, onların gözəl əməlləri daha çox olmuşdur.
Aralarında olmuş çəkişmələr və fitnələr barəsində boş və mənasız söhbətlərdən çəkinmək.
Onlar haqqında ifrata varmamaq, belə ki, onlar da insan olmuşlar, bununla belə, Allah yanında onların fəziləti böyük olmuş və olaraq qalmaqdadır.
Səhabələrə tənə edənləri və fəzilətləri barəsində gərəksiz söhbət aparanları cavabsız qoymamaq və onların dedikləri əsassız ittihamları şəriətin hüdudları çərçivəsində rədd etmək. Onları söyməmək. Hədislərin birində Allah Elçisi ﷺ buyurur: "Səhabələrimi söyməyin!" Əl-Buxari
Allah Elçisi ﷺ kimin cənnətlik olmasına şahidlik etmişsə, biz də buna şahidlik edirik. Əbu Bəkr, Ömər və digər səhabələr kimi. Bunların cənnət əhli olmalarına dair dəlillər mövcuddur.
Uca Allah səhabələrdən razı qaldığı üçün, onların hamısının ədalətli və etibarlı hədis raviləri olmalarına etiqad etmək. (Bax; Fəth, 18).
Möminlər Hüdeybiyyədə ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı bildi, onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı. (Fəth surəsi Ayə 18)
Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. (Tövbə surəsi Ayə 100)
Məlumata 0 Şərh Yazılıb